Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2021 17:40
Sosial media platforması "Clubhouse" yeni dəstək proqramını elan edib.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, platforma ilk dəfə istifadəçilərinin qonorar qazanması üçün sistemi işə salacağını açıqlayıb.
Belə ki, şirkət əvvəlcə məhdud sayda olsa da, əsas məzmun istehsalçılarına maliyyə dəstəyi verəcəyini təsdiqləyib. Kreativ sosial media istifadəçiləri üçün "Clubhouse Creator First" proqramı artıq şirkətin rəsmi Tvitter hesabında da elan edilib. Dünyanın hər yerindən satın alınan proqramın hələlik 20 məzmun istehsalçısı ilə məhdudlaşacağı bildirilir.
Proqrama qoşulmaq istəyənlər üçün qeydiyyat səhifəsinə keçid paylaşılıb. Burada istifadəçilərdən müxtəlif şəxsi məlumatları paylaşmaq tələb olunur. Həmçinin Clubhouse komandasının nəzərdən keçirməsi üçün 3 dəqiqəlik nümunə səs yazısı istənilir.
Qeyd edək ki, indiyə qədər yalnız iOS-da dəstəklənən Clubhouse tətbiqi App Store-da 8 milyondan çox şəxs tərəfindən yüklənib.