Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2019 15:28
Bakı. Cani Babayeva - Trend:
Bakıda təşkil olunan XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışlarının üçüncü günündə kişi atletlərin çöxnövçülükdə mükafatlandırma mərasimi keçirilib.
Trend-in məlumatına görə, qızıl medalı Ukrayna gimnastı İlya Kovtun (82.000 xal), gümüş medalı rusiyalı idmançı İvan Kulyak (81.100 xal), bürünc medalı isə Rusiya atleti Muhammədcon Yakubov (80.550 xal) qazanıb.
Yarışlarda iştirak edən Azərbaycan gimnastı Səməd Məmmədli isə 75.500 xalla 19-cu yerdə qərarlaşıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin