Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2021 08:32
Baş Prokurorluq ehtiyatda olan general-leytanant Rövşən Əkbərovun həbs edilməsi ilə bağlı xəbərə münasibət bildirib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, R. Əkbərovun həbs edilməsi ilə yayılan xəbərlər doğrudur.
Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.
Xatırladaq ki, mətbuatda R.Əkbərovun həbs edildiyi və barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.