Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2021 10:44
COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə daxili işlər orqanlarında (DİO) peyvəndlənmə kampaniyası davam etdirilir.
Sonxeber.net xəbər verir ki, peyvəndlənmənin əsas məqsədi ölkədə yayılmış koronavirus pendemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Bununla əlaqədar ərazi polis orqanlarında vaksinasiyanın ikinci dozası vurulur.
Eyni zamanda, vaksinasiya üçün Daxili İşlər Nazirliyinin (DİN) Mərkəzi Aparatında da təcili tibbi yardım otağı ayrılıb. Əməkdaşların qan təziqi, bədən hərarəti yoxlandıqdan sonra peyvənd olunurlar.
Vaksin immuniteti gücləndirərək infeksiyanın ötürülməsini məhdudlaşdırır.
Qeyd edək ki, paytaxtda DİO əməkdaşlarına vaksinin ilk dozasının vurulmasına fevral ayında başlanılıb.