Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı futbolçu Moldova klubunda

Azərbaycanlı futbolçu Moldova klubunda

Tarix: 25 Iyul 2019 16:16

Azərbaycanlı futbolçu Nurlan Novruzovun yeni klubu müəyyənləşib.

Qol.az-ın məlumatına görə, 26 yaşlı hücumçu karyerasını Moldovanın yüksək liqa təmsilçisi "Dinamo-Avto"da davam etdirəcək. Bu barədə o, özünün "Feysbuk" səhifəsində yazıb. N.Novruzovla imzalanan müqavilənin  detalları hələ ki, bəlli deyil.

Qeyd edək ki, N. Novruzov "Bakı", "Sumqayıt", "Zirə", "Səbail"də oynayıb. O, son olaraq Türkiyənin "Dersim 62 Spor" klubunda çıxış edib. N.Novruzov 2014/2015 mövsümündə "Bakı"nın heyətində Azərbaycan Premyer Liqasının bombardiri olub.

 


Etiketlər:  Azərbaycanlı futbolçu Moldova klubunda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ