Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2021 12:32
Bir müddət əvvəl "Söylemezsem olmaz" proqramı ilə yollarını ayıran aparıcı Ece Erken sevgilisi Şafak Mahmutyazıcıoğlu ilə ötən il aralarında yaşanan gərginlikdən danışıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aparıcı sosial media hesabında izləyicilərinin suallarını cavablandırıb. Bu zaman istifadəçilərdən biri "Sevgilinizin maşınına niyə hücum etmişdiniz" -deyə, Eceyə sual ünvanlayıb.
O, isə "Məlum şəxs məni çox əsəbiləşdirdi. Əslində heç nə etməyəcəkdim avtomobilə. Sadəcə, bir şey yazmaq istədim. Amma onu yazacaq nəsə tapa bilmədiyim üçün cızmaq qərarına gəldim. Daha sonra pəncərəsini qırdım. Amma indiki ağlım olsaydı etməzdim. Çox peşmanam" sözləri ilə reksiya verib.