Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''EYOF Bakı 2019''da qalib gəlmiş Ukrayna gimnastı: Qələbə çətin oldu

''EYOF Bakı 2019''da qalib gəlmiş Ukrayna gimnastı: Qələbə çətin oldu

Tarix: 25 Iyul 2019 17:16

Bakı. Cani Babayeva - Trend:

Qızıl medal qazandığım üçün çox şadam. Bunu Trend-ə "EYOF Bakı 2019"da idman gimnastikası yarışlarında yüksək kürsüyə qalxmış Ukrayna idmançısı İlya Kovtun deyib.

Qələbə çalmış gimnast bildirib: "Məşqçimlə bir yerdə bu medala doğru yarım il idi ki, hazırlaşırdıq və nəticə olacağına inanırdıq. Qələbə çətin oldu, güclü rəqiblər var idi. Rusiyadan, Rumıniyadan güclü rəqiblər var idi".

Gimnast əlavə edib ki, sabah sərbəst hərəkətlərdə finalda çıxış edəcək: "Ümid edirəm ki, yenə qızıl medal qazana biləcəyəm. Qeyd etməliyəm ki, yarışlar əla keçir. Bakıdakı Milli Gimnastika Arenası isə çox rahat və yaxşıdır, hər şey yüksək səviyyədə təşkil olunub".

Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  EYOF Bakı 2019da qalib gəlmiş Ukrayna gimnastı Qələbə çətin oldu


RƏYLƏR