Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2019 17:40
Bakı. Cani Babayeva - Trend:
"EYOF Bakı 2019"da idman gimnastikası yarışlarında gümüş medal qazanmış Rusiya idmançısı İvan Kulyak çıxışından məmnun qaldığını bildirib.
Fəxri kürsüdə ikinci yeri tutmuş gimnast Trend-ə açıqlamasında sərbəst hərəkətlərdə buraxdığı səhvlərin nəticələrə təsir etdiyini deyib: "Qızıl medalı qazanmaq üçün bir neçə xal çatmadı, amma ümumilikdə nəticədən razı qaldım. "EYOF Bakı 2019"dan xoş arzularla ayrılıram, təşkilatçılıq çox yüksək səviyyədə idi. Burada özünü çox rahat, lap evdəki kimi hiss edirsən. Yarışlara hazırlaşmaq üçün hər cür şərait yaradılıb. Milli Gimnastika Arenasını da çox bəyəndim, idman qurğuları çox yaxşıdır".
Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin