Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2021 15:40
Bakıda binanın 32 mənzilində qazdan sayğacdankənar istifadəsi aşkarlanıb
Mənzilə sayğac quraşdırılmayıb, ancaq ev sahibləri qazdan istifadə edirlər.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, söhbət Xətai rayonu, Xocalı prospekti, Lütfi Zadə küçəsində yerləşən "Xətai - 22" MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasından gedir.
354 mənzilli binanın 32 mənzilində sayğac quraşdırmadığı halda sakinlərin kənar müdaxilələr vasitəsi ilə təbii qazdan istifadə etmələri barədə şübhəli məqamlar üzə çıxıb.
"Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları dəfələrlə bu mənzillərə baxış keçirmək istəsələr də, buna imkan verilməyib.
Reyd zamanı yalnız bir mənzildə yaşayan sakin qapını açıb və həmin mənzildə də nöqsan aşkar edilib. Baxmayaraq ki, sakin təbii qazdan istifadə etmədiyini bildirib, amma mühəndisin gördükləri fərqli olub.
Bakı Regional Qazın Satış Departamentinin Qazın balansı və satışı şöbəsinin Xətai xidmət sahəsi üzrə rəis müavini Coşqun Qəmbərli bildirib ki, 34 mənzilin sahibinə 3 iş günü ərzində mənzil daxilinə baxışın keçirilməsi üçün şərait yaradılması barədə son xəbərdarlıq edilib. Bu gün ilaxır çərşənbə qeyd edildiyindən, bayram günündə binanın qaz təchizatı dayandırılmayıb.
Qeyd edək ki, məsələ ilə bağlı Bakı Regional Qazın Satışı Departamenti tərəfindən hüquq-mühafizə orqanlarına və Mənzil Tikinti Kooperativinə müraciət olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: