Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda avtomobil yük maşınına çırpılıb, ölən var - FOTO

Bakıda avtomobil yük maşınına çırpılıb, ölən var - FOTO

Tarix: 18 Mart 2021 08:14

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sulutəpə dairəsindən Xocəsən dairəsinə gedən istiqamətdə baş verib.

"Opel" markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman "Azsamand" markalı nəqliyyat vasitəsinə çırpılıb. İdarəetmədən çıxan "Opel" yol kənarında hərəkətsiz dayanan "Mercedes" markalı avtomobilə çırpılıb.

Daha sonra "Opel" dərəyə aşıb, sürücüsü isə hadisə yerində ölüb.

Milli.Az


Etiketlər:  Bakıda avtomobil yük maşınına çırpılıb ölən FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ