Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldu təkid etdi, Azərbaycanla oyun bu arenaya salındı

Ronaldu təkid etdi, Azərbaycanla oyun bu arenaya salındı

Tarix: 18 Mart 2021 15:04

DÇ-2022-nin Portuqaliya - Azərbaycan oyununun "Allianz Arena"ya təyin edilməsinin səbəbi bəlli olub.

Milli.Az Qol.aza istinadən xəbər verir ki, bu görüşün "Yuventus"un stadionunda keçirilməsinə Turin klubunun hücumçusu Kriştianu Ronaldu təkid edib.

Məlum olduğu kimi, koronavirus pandemiyasına görə Portuqaliya rəqiblərini evdə qəbul edə bilmir. Bu səbəbdən matçın neytral meydanda keçirilməsi zərurəti yaranıb. Oyunun məhz Turində keçirilməsi təşəbbüsü də Ronalduya məxsus olub. Bundan başqa, Portuqaliya millisi kapitanın vasitəsi ilə məşqlərini "Yuventus"un bazasında keçirəcək.  Hazırlıq prosesinin martın 22-dən başlanacağı gözlənilir.

Qeyd edək ki, "Yuventus"un hücumçusu olan Ronaldu gündəlik məşqlərini burada keçirdiyindən meydana tam uyğunlaşıb. Bildirilir ki, Portuqaliya millisi Turində olduğu müddətdə bazanın yaxınlığındakı oteldə qalacaq.

Azərbaycan millisinə gəlincə, komandamızın Vinodada yerləşən "Yuventus"a məxsus başqa məşq meydançasında məşq edəcəyi bildirilir. Orada adətən gənclər və qadınlardan ibarət komandalar hazırlıq keçir.

Xatırladaq ki, Portuqaliya - Azərbaycan görüşü martın 24-də keçiriləcək.

Milli.Az


Etiketlər:  Ronaldu təkid etdi Azərbaycanla oyun bu arenaya salındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ