Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Güclü külək Ağsuda bir sıra fəsadlar törədib - FOTO

Güclü külək Ağsuda bir sıra fəsadlar törədib - FOTO

Tarix: 18 Mart 2021 21:30

Martın 18-də günorta saatlarından başlayaraq əsən güclü külək Ağsu rayonunda bir sıra fəsadlar törədib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, külək şəhərdə Heydər Əliyev prospektində bir iri ağacı aşırıb. Ağacın böyük bir qolu səki üzərinə, digər qolu isə vətəndaşa məxsus çardağın üstünə düşüb. Saat 16:10 radələrində şəhərin bir hissəsinə, habelə Cəfərli xətti üzərindəki 30 kəndə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Çaparlı, Daşdəmirbəyli və bir sıra digər kəndlərdə elektrik naqilləri qırılıb, bəzi evlərin dam örtüyünə, talvara ciddi ziyan dəyib.

Hazırda elektrik enerjisinin bərpası üçün 2 briqada çalışır. Güclü külək saat 17:30 radələrinədək davam edib. Şəhərdə, eləcə də kənd yaşayış məntəqələrində fəsadların dəqiqləşdirilməsi istiqamətində tədbirlər görülür.


Etiketlər:  Güclü külək Ağsuda sıra fəsadlar törədib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ