Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2021 22:15
İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti çərşənbə axşamıdan etibarən uçuşların bərpa edildiyini, lakin Ben Gurion hava limanının gündə üç mindən çox adam qəbul edə bilməyəcəyini bildirib.
"Sabahdan etibarən İsrailə gediş-gəliş üçün sərnişin hava yolu istiqamətindəki məhdudiyyətlər ləğv ediləcək. Uçuşlar istənilən istiqamətdən həyata keçirilə bilər. Gələn uçuşların sayı gündəlik 3000 nəfərlik kvotaya uyğun olaraq məhdudlaşdırılacaq, sosial məsafə qaydaları və hava limanında testlər aparılacaq", - diplomatik şöbənin mesajında deyilir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, İsrail Səhiyyə Nazirliyinin əhalinin sağlamlığına təhlükə yarada biləcək istənilən bir uçuşu ləğv etmək hüququnu qoruduğu da qeyd olunur.
Qeyd edək ki, koronavirusun qarşısını almaq üçün Ben Gurion Beynəlxalq Hava Limanı yanvar ayının sonundan etibarən bağlanmışdır.