Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2021 23:56
ABŞ Federal Aviasiya İdarəsi (FAA) yeni dron qaydalarının qüvvəyə minəcəyi tarixləri təyin edib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Remote ID ve Operations Over People qaydaları 21 aprel 2021-ci ildən qüvvəyə minəcək. O vaxtdan etibarən, hər hansı dronun seriya nömrəsinin qeydlərdə göstərilməsi mütləqdir. Qaydalara əsasən, qorunmalı qanadları olan pilotsuz təyyarələr insanlar üzərində kiçik uçuşlar həyata keçirə biləcəklər. Lakin Remote ID sənədinə əməl edilmədiyi müddətdə isə uzunmüddətli uçuşlar mümkün olmayacaq.
Daha ağır pilotsuz təyyarələr üçün isə ciddi əməliyyat və performans tələbləri var. Məsələn, 3 kateqoriyalı pilotsuz təyyarələr identifikatordan azad şəkildə və insanların üzərindən uça bilməzlər. Bəzi pilotsuz təyyarələrdən isə uçuşa yararlılıq sertifikatları, texniki xidmət və yoxlamalar tələb olunur.
Yeni qaydaya görə, pilotsuz təyyarə istehsalçıları 16 sentyabr 2022-ci ildən etibarən tələblərə qaydalara riayət etməlidirlər.