Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2019 01:16
Bakı. Trend:
Perunun sabiq prezidenti Alan Qarsiya (1985-1990, 2006-2011) polislər tərəfindən korrupsiya haqqında iş üzrə saxlanılarkən özünə odlu silahdan atəş açıb.
Trend-in məlumatına görə, dərhal xəstəxanaya çatdırılan sabiq prezidentin həyatını xilas etmək mümkün olmayıb.
Daxili işlər naziri Karlos Moran qeyd edib ki, ölkənin hüquq-mühafizə orqanları A.Qarsiyanı saxlayarkən qanun çərçivəsində hərəkət ediblər: "Məhkəmənin qərarını yerinə yetirən polis əməkdaşları müvafiq protokol çərçivəsində fəaliyyət göstəriblər".
Qeyd edək ki, məhkəmə A.Qarsiyanın korupsiya işində şübhəli bilərək 10 gün müddətinə həbs edilməsi barədə qərar çıxarmışdı. Sabiq prezidentdən əlavə ölkənin istehsal naziri Luis Nava və "Petroperu" dövlət neft şirkətinin vitse-prezidenti Migel Atalanın həbs edilməsi barədə qərar çıxarılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin