Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

2050-yə qədər əhalinin 60 faizi miyop olacaq - Koronanın təsirindən

2050-yə qədər əhalinin 60 faizi miyop olacaq - Koronanın təsirindən

Tarix: 19 Mart 2021 23:45

Türkiyəli həkim Deniz Turgut Çoban pandemiyada göz problemlərinin artdığını deyib.

Milli.Az xəbər verir ki, həkim bu müddətdə insanların 30-35 faizində xüsusilə kompyuter istifadəsinə bağlı miyopun yarandığını bildirib:

"Bu kimi texnoloji alətlərin istifadəsi nəticəsində 2050-ci ilə qədər insanların 60 faizində miyop yaranacaq. Ümumiyyətlə, bütün günlərini texnoloji alətlərlə keçirənlərdə göz yorğunluğu yaranır. Pandemiyadan sonra, son bir il ərzində uzağı görmə pozuntusu olaraq adlandırılan miyop xəstəliyi də artıb. Uşaqlar dərslərini distant formada aldığı, çölə çıxmadığı üçün gün ərzində bir çox saatlarının telefon, kompyuterlə keçirir. Onlardan istədiyimiz yarım və ya 1 saatlıq çalışmadan sonra açıq havada 5 dəqiqə uzağa baxacaqları bir ortamda olmalarıdır. Xüsusən boş zamanlarını açıq və geniş yerlərdə keçirmələrini istəyirik. Çünki gün işığının miyop və göz pozuntularını əngəlləyən qoruyucu təsiri vardır". /medicina.az

Milli.Az


Etiketlər:  2050 qədər əhalinin 60 faizi miyop olacaq Koronanın təsirindən


RƏYLƏR