Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2021 09:46
Myanmada fevralın 1-dən bəri keçirilən nümayişlərdə polis və hərbçilər arasında baş verən toqquşmalar zamanı ölənlərin sayı 200-ü keçib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, dübu barədə BMT-nin Myanmadakı Humanitar Koordinatoru vəzifəsini icra edən Endryu Kirkvyd video brifinqdə bildirilib.
E.Kirkvyd qeyd edib ki, əldə edilən məlumata görə, son 7 həftə ərzində azı 211 nəfər öldürülüb: "Ölənlərin sayı bəlkə də daha çoxdur. Onların arasında ən az 15 uşaq var".
Onun sözlərinə görə, BMT səlahiyyətliləri tərəfindən Myanmada toplanan məlumatlara görə, ən azı 2.4 min nəfər nəzarətə alınıb: Onların bəziləri zorakılığa məruz qalıb".
Qeyd edək ki, BMT-nin Baş Katibi Antonio Quterreş cümə günü Myanmada ordu tərəfindən nümayişçilərə qarşı edilən şiddəti qınayıb.
"Jurnalistlər də daxil olmaqla, dinc nümayişçilərin öldürülməsi və özbaşına həbsləri tamamilə qəbuledilməzdir", deyə A.Quttereş vurğulayıb.