Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2021 09:56
Bakıda restoranların fəaliyyətinin dayandırılmaması bu obyektləri işlədənlərin üzünü güldürüb. Çünki bir neçə gün əvvəldən restoranlar 9 günlük novruz tətilinə görə pandemiya şəraitina uyğun xüsusi əyləncəli proqramlar təşkil edəcəkləri ilə bağlı elanlar paylaşırdı. Bəs restoranlarda qiymətlər necədir? Əvvəlcədən depozit və ya fiks menyu təklifləri varmı?
Paytaxtda fəaliyyət göstərən restoranlar novruz bayramına xüsusi hazırlaşıblar. Bu gün başlayan və 9 gün davam edəcək bayram tətilində qonaqlar üçün milli adət-ənənələrə uyğun əyləncəli proqramlar təşkil ediləcək.Bəzi restoranlar sifarişləri əvvəlcədən depozitlə qəbul etsə də, bəziləri bunu tələb etmir. Restoran sahibi Mahir Zeynalov deyir ki, onlarda qonaqlardan depozit tələb olunmur.
Çəkiliş apardığımız digər restoranın icraçı direktoru Babək Bayramov isə bildirir ki, onlarda iki nəfərlik fiks menyular təklif edilir. əyləncəli proqram da daxil olmaqla iki nəfərliq qiymət 99 manat təşkil edir.
Restoranlarda qonaqlar üçün təşkil ediləcək əyləncəli proqramlar pandemiya şəraitinə uyğun baş tutacaq.
O da bildirildi ki, əyləncəli proqramlar üçün qonaqlardan əlavə ödəniş tələb edilməyəcək.
Ətraflı XəzərXəbər-in süjetində: