Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2021 12:50
DÇ-2022-nin seçmə mərhələsinin ilk oyununda millimizlə qarşılaşacaq Portuqaliya yığmasının zədəli futbolçusu Pepenin durumuna aydınlıq gəlib.
Qol.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, yerli çempionatda zədələnən 38 yaşlı müdafiəçi qarşıdakı oyunu buraxmalaı olacaq.
Baş məşqçi Fernandu Santuş onun əvəzinə "Sportinq"in müdafiəçisi Luiş Netoya dəvət göndərib.
Bundan əvvəl "Vulverhempton"un qapıçısı Ruy Patrisiu da zədə səbəbindən millidən kənarlaşıdırılıb.
Qeyd edək ki, martın 24-də İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.