Tarix: 26 Iyul 2019 10:32
“Sabah” müdafiəçisi Eltun Turabovu icarəyə verib. Qol.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, gənc müdafiəçi AFFA-nın da iştirakı ilə gerçəkləşən anlaşmaya əsasən, qarşıdakı mövsümdə bu il Albaniya Superliqasına vəsiqə qazanmış “Biliş”də çıxış edəcək. İmzalama mərasimində “Biliş” klubunun prezidenti Besnik Kapplanaj da iştirak edib.
Qeyd edək ki, 22 yaşlı futbolçu ötən mövsüm "Sabah"ın heyətində 23 oyun keçirib.