Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2021 13:00
İki gün öncə Ermənistan Silahlı Qüvvələrinin itkin düşən iki hərbçisindən birinin öldüyü məlum olub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, itkin düşən Karen Şahnazaryan xəstəxanaya çatdırılıb, digər hərbçi Aqasi Ovannisyanın həyatını isə xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bundan öncə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, martın 21-də güclü qar fırtınası şəraitində bir hərbi bazadan digərinə keçid zamanı iki hərbçi ilə əlaqə kəsilmişdi.