Tarix: 26 Iyul 2019 11:44
“İlk yoxlama oyunumuzu keçirdik. Bu matçda uşaqların fiziki hazırlığının hansı vəziyyətdə olduğunu görmək istəyirdik". Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Rumıniyanın "Kankordiya" klubuna uduzduqları (1:2) yoxlama oyunundan sonra deyib.
O, klubun mətbuat xidmətinə açıqlamasında komandasının çıxışından razı qalmadığını bildirib: "Bu gün meydançanın yaxşı vəziyyətdə olmaması oyunumuza təsir etdi. Topla daha çox oynamaq istəyirdik, lakin qazonun vəziyyəti buna imkan vermədi. Rəqib də çox istəkli idi. Toplanışda son oyunlarını keçirirdilər. Matçda bütün futbolçulara şans verdik. Ayrı-ayrı epizodlarda razı qaldığım məqamlar olsa da, ümumilikdə oyunumuzdan razı qalmadım. Gələn oyuna kimi çatışmayan cəhətlərimizin üzərində çalışacağıq”.