Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Əsas diqqətimiz Azərbaycanla oyundadır'' - Rubin Diaş

''Əsas diqqətimiz Azərbaycanla oyundadır'' - Rubin Diaş

Tarix: 23 Mart 2021 20:20

Portuqaliya millisinin futbolçusu Ruben Diaş Azərbaycan yığması ilə keçirəcəkləri matç haqqında danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi oyundam əvvəl təşkil edilən mətbuat konfransında verdiyi açıqlamada deyib:

"İddialarımız böyükdür. Əsas diqqətimiz Azərbaycanla oyundadır. Dünya çempionatına yolu mərhələ-mərhələ keçməliyik. Gün ərzində rəqib haqqında daha çox məlumat toplayacağıq. Oyunu mürəkkəbləşdirsək, bizim üçün çətin olacaq. Bu oyuna son dərəcə ciddi, peşəkarlıq və həvəslə yanaşmalıyıq. Çünki sabah uğur qazanmaq istədiyimiz yeni bir mərhələyə başladığımızı anlamalıyıq".

Qeyd edək ki, sabah Turin şəhərində keçiriləcək Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Milli.Az


Etiketlər:  Əsas diqqətimiz Azərbaycanla oyundadır Rubin Diaş


RƏYLƏR