Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il “Xiaomi” üçüncü ən böyük smartfon tədarükçüsü olacaq

Bu il “Xiaomi” üçüncü ən böyük smartfon tədarükçüsü olacaq

Tarix: 23 Mart 2021 20:40

"Strategy Analytics" şirkəti 2021-ci il üçün dünya smartfonlar bazarı üzrə proqnoz dərc edib. Proqnoza görə, aparıcı tədarükçülər reytinqində əhəmiyyətli dəyişikliklər baş verəcək.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, analitiklərin fikrincə, bu il smartfonların tədarük həcmi 2020-ci illə müqayisədə 6,5 faiz artaraq 1,38 milyard ədədə çatacaq. Bu, bir neçə səbəblə izah olunur.

Birincisi, bir sıra regionlarda iqtisadi vəziyyətin yaxşılaşması müşahidə edilir. İkincisi, köhnəlmiş smartfonların bazası artır. Üçüncüsü, tələbat artımına beşinci nəsil mobil rabitə şəbəkələrinin inkişafı kömək edir.

Aparıcı istehsalçılar reytinqinin birinci pilləsində 20 faizlik payla "Samsung" şirkəti olaraq qalacaq. İkinci yeri 2020-ci ildə olduğu kimi, proqnozlara görə, nəticəsi 16 faiz təşkil edəcək "Apple" tutacaq.

Üçüncü pilləyə isə qlobal bazarda 13 faiz paya sahib çıxan Çinin "Xiaomi" şirkəti yüksələcək. Bu, "Huawei" şirkətinin ABŞ sanksiyaları səbəbindən mövqeyinin kəskin zəifləməsi fonunda baş verəcək.

"Vivo" və "OPPO" şirkətləri mövqeyini möhkəmlədərək dünya reytinqində müvafiq olaraq dördüncü və beşinci yeri tutmaqla 11 və 10 faiz paya sahib çıxacaqlar.


Etiketlər:  Xiaomi üçüncü böyük smartfon tədarükçüsü olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ