Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyada helikopter qəzası: xeyli yaralı var

Yaponiyada helikopter qəzası: xeyli yaralı var

Tarix: 24 Mart 2021 09:20

Yaponiyada martın 23-də baş verən helikopter qəzasındaya xəsarət alanların sayı altı nəfərə çatıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə yerli "NHK" telekanalı məlumat yayıb.

Yaralılardan pilot da daxil olmaqla, 4-nün vəziyyəti ağırdır. Onlara bud və onurğa sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisə ilə əlaqədar Yaponiya Nəqliyyat Təhlükəsizliyinə Nəzarət Komitəsi istintaqa başlayıb.

Qeyd edək ki, helikopter qəzası ötən gün axşam Yaponiyanın mərkəzi hissəsində - Naqano prefekturasında baş vermişdi. İlkin olaraq yalnız pilotun yaralandığı bildirilirdi.


Etiketlər:  Yaponiyada helikopter qəzası xeyli yaralı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ