Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gündə nə qədər limon yemək lazımdır? - Kimlərə olmaz?

Gündə nə qədər limon yemək lazımdır? - Kimlərə olmaz?

Tarix: 24 Mart 2021 19:36

Həkimlər az da olsa sutkada limon yeməyi tövsiyə edir. Bu sitrus meyvəsində xolesterin yoxdur, çoxlu kaliy, B, C, A vitaminləri var.

Çox miqdarda pektinə görə limon həzm sisteminə da yaxşı təsir edir.

Sonxeber.net gündə bir dəfə limon yeyəriksə, orqanizmdə nələr baş verəcəyini təqdim edir.

Limonun 4 əsas təsiri:

- Sutkalıq C vitamini ehtiyacının 50%-ni ödəyir
- Toksinləri çıxarır
- Bakterisid və iltihab əleyhinə təsir edir
- Qanı duruldur

Diyetoloqlar bildirir ki, limon iştahı artırır, mədə-bağırsaq, damar spazmlarını aradan qaldırır, beynin işini normallaşdırır.
Əhvalı yaxşılaşdırır, dəri problemlərini həll edir, yorğunluğu aradan qaldırır.

Limonu hər gün yemək lazımdır. Lakin normanı aşmaq olmaz.
Limonun sutkalıq yol verilən miqdarı 2-3 dilimdir.

Ondan çox qəbul etmək, baş gicəllənmə, baş ağrısı, mədə turşuluğu və C vitaminin çoxluğu sindromu ilə qarşılaşa bilərsiz.

Limonu alma kimi bütöv halda yemək olmaz. Doza həddini aşdıqda, 3 həftə ərzində onun qəbulunu dayandırıb, bol su içmək lazımdır.

Kimlərə olmaz:

- 3 yaşa kimi uşaqlara
- Mədə xorası. qanayan yarası olanlara
- Mədəaltı vəz xəstəliyində
- Hamiləlikdə. /medicina.az


Etiketlər:  Gündə qədər limon yemək lazımdır Kimlərə olmaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ