Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Musiqi nəzəriyyəsi və solfecio” fənni üzrə imtahan vermiş abituriyentlərin nəzərinə - Təkrar İMTAHAN

“Musiqi nəzəriyyəsi və solfecio” fənni üzrə imtahan vermiş abituriyentlərin nəzərinə - Təkrar İMTAHAN

Tarix: 26 Iyul 2019 13:40

Bakı. Trend:

“Musiqi sənəti” istiqaməti üzrə tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün “Musiqi nəzəriyyəsi və solfecio” fənni üzrə 23.07.2019-cu il tarixində Bakıda və regionlarda test imtahanı keçirilib.

Dövlət imtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, qeydiyyat zamanı bir neçə komissiya üzrə qeydiyyatdan keçən və bu komissiyalar üzrə qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər “Musiqi nəzəriyyəsi və solfecio” fənnindən qeyri-məqbul qiymət aldıqları halda onlar üçün təkrar test imtahanı keçiriləcək. Həmin imtahan 27 iyul 2019-cu il tarixində saat 12:00-da Dövlət İmtahan Mərkəzinin A.Salamzadə küç. 28 ünvanında yerləşən binasında (Bakı Asya Universitetinin binası) keçiriləcək. Bu imtahanın nəticəsi 38 və 48-ci komissiyaların nəticəsini dəyişdirməyəcək.

Qeyd edək ki, 23.07.2019-cu il tarixində keçirilən imtahanda iştirak etməyən abituriyentlər bu imtahana buraxılmayacaqlar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Musiqi nəzəriyyəsi solfecio fənni üzrə imtahan vermiş abituriyentlərin nəzərinə Təkrar İMTAHAN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ