Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanınmış yazıçılarımız nə işlə məşğuldur? - Sorğu

Tanınmış yazıçılarımız nə işlə məşğuldur? -  Sorğu

Tarix: 25 Mart 2021 10:39

Milli.Az bildirir ki, Kulis.az tanınmış yazıçılarımızın pandemiya dövründə yaradıcılıqlarının nə yerdə olduğu ilə maraqlanıb. Cavabları təqdim edirik. Eyni zamanda sorğyda iştirak edən və etməyən bütün ədəbiyyat adamlarını Novruz bayramı münasibəti ilə təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq.

Anar

Anar - Vikipediya

2019-cu ildə "Söz dünyası" adlı ikicildliyim çıxıb, indi onun üçüncü cildi üzərində işləyirəm. Bundan əlavə, mənim 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş "Şəhərin qış gecələri" pyesim əsasında ötən ilin əvvəlində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında eyni adlı tamaşa hazırlandı. 2020-ci ilin mart ayında isə "Yaşamaq haqqı" adlı kitabım çapdan çıxdı. Orada bir sıra dövrləri əhatə edən yazılarım var.

Afaq Məsud

Yeni yaşınız mübarək, Afaq Məsud!

Hal-hazırda yeni heç nə üzərində işləmirəm. İşlərim həddindən artıq çox olduğundan yeni heç nə yazmıram.

Nəriman Həsənzadə

Nəriman Həsənzadə: O poemaya görə həyat yoldaşımı itirdim... - Yenicag.Az

Çoxlu şeirlər yazdım. "Azərbaycan", "Respublika", "Ədəbiyyat qəzeti"ində çap olundu. Poemam, sağ olsun Bəxtiyar müəllim (Bəxtiyar Sadıqov - red.), "Azərbaycan" qəzetində dərc etdirdi. Elə onun əsasında indi pyes hazırlanır.

Aqil Abbas

Aqil Abbas:Bakıdan birdəfəlik Ağdama köçəcəyəm

Qələbəmizə aid bir əsərim var. Film üçün nəzərdə tutulub. İnşallah çəkdirəcəm. Özü də çox əziyyətlə yazmışam. Bu "Dolu"dan da güclü olmalıdır. Olmasa, cırıb ataram. Aprel döyüşlərindən sonra bu günü, yəni qələbəmizi görüb yazmışam. Adı da yəqin ki, elə "Dolu-2" olacaq.

Əlisəmid Kür

Əlisəmid Kür - seçmə şeirlər | Amal ədəbiyyat və incəsənət dərgisi

Dəyərli yazıçımız Afaq Məsud mənə deyib, bir kitabımı hazırlayım, mən də hazırlamışam. Çap olunacaq. Mən bir az o cəhətdən xəsisəm, istəyirəm, kitabın sanbalı olsun. Oxucu özü istəməlidir, gözləməlidir.

Pərviz Cəbrayıl

Pərviz Cəbrayıl -

Bəzən mənə elə gəlir, Azərbaycanda yazıçıya "nə yazırsınız" yox, "necə yazırsınız" sualı verilməlidir. Həm də bir qayda olaraq. Yəni bizdə əsas nə yazmaq deyil, nəyi, necə yazmaqdı. Oturub bu "necə" sualına verilən cavabları oxusaq, əminəm ki, ağlı başında, məntiqi, ürəyi üstündə olan hər kəs düşünmədən yazıçılarımızın qəhrəman olduğunu deyər. Ancaq "necə"yə cavab verməyin özü üçün də bir roman yazmaq lazımdı. Bəs o romanı necə yazmaq olar? Bu sualın cavabı da daha bir roman istəyir. Kəsəsi, yazırıq, nəsə yazırıq, ancaq necə yazırıq, bunu bir biz bilirik, bir də heç kim. Mən də yeni bir roman işləyirəm. Qeydlər, axtarışlar, forma... Bunların hamısını tapmaq asandı, daha doğrusu, bir yazıçı üçün çətin olmamalıdır bu, tapılmayan vaxtdır, yüklənməmiş başdır, şahə qalxmayan əsəblərdir. Deyim ki, pulu tapmaq da asandır, deyə bilmirəm. Ancaq deyim ki, ürəyimdən tikan çıxarası bir romanı "necə" yazmaqla məşğulam. Onsuz da mənim o tikanın çıxmağından başqa bir qazancım yoxdur. Necə deyərlər, Allah kərimdir, görək axırı necə olur.

Rəbiqə Nazimqızı


Etiketlər:  Tanınmış yazıçılarımız işlə məşğuldur Sorğu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ