Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2021 13:04
Qaydanı "Opel" markalı avtomobil pozsa da, cərimə protokolu "Prado"nun sürücüsünə gəlib.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, hadisə Bakıda yaşayan Bərdə şəhər sakini Taleh Əsədov başına gəlib.
"Prado" markalı 99 UH 966 dövlət qeydiyyat nişanlı avtmobilin sahibi iddia edir ki, qaydanı pozmadığı halda ona elektron cərimə gəlir.
Taleh Əsədov məsələni araşdıranda məlum olub ki, əslində, qaydanı pozan 99 UH 968 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsüdür.
O iddia edir ki, "Opel" markalı avtomobilin sürücüsü sonuncu rəqəmə müdaxilə edərək onu 6 rəqəminə dəyişib. Buna görə də cərimə protokolları "Prado" markalı avtomobilin sahibinə gəlir.
Taleh Əsədovun sözlərinə görə, "Opel" markalı avtomobilin sahibi məlum olmadığından cərimələri ödəmək məcburiyyətində qalır.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Namidan Piriyev "Xəzər Xəbər"ə bildirdi ki, bununla bağlı məsələ qısa zamanda araşdırılacaq. Xətaya yol verən sürücü aşkar olunaraq məsuliyyətə cəlb ediləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: