Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sneyderin xanımından futbolçuyla bağlı maraqlı etiraf - FOTO

Sneyderin xanımından futbolçuyla bağlı maraqlı etiraf - FOTO

Tarix: 25 Mart 2021 15:34

Niderland millisinin sabiq futbolçusu Uesli Sneyderin xanımı Yolante Kabau futbolçuyla bağlı maraqlı etiraf səsləndirib.

Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki, cazibədar model 2010-cu ildə CAR-da keçirilən dünya çempionatının finalı (İspaniya 1:0 Niderland) ərəfəsində Sneyderin yığmanın düşərgəsini tərk etmək istədiyini və onu güclə bu fikrindən daşındırdığını bildirib.

Belə ki, Uesli mətbuatın onun və xanımının şəxsi həyatını gündəmə çevirməsinə qəzəblənib:

"Üzərindən illər keçib. Uesli ilə Cənubu Afrika Respublikasına getmişdik. Media bizim şəxsi həyatımız barədə hər gün xəbər tirajlayırdı. Onlar demək olar ki, bizi lağ obyektinə çevirmişdilər. Həyat yoldaşım bundan qəzəbləndi və millinin düşərgəsini tərk etmək istədi. Onu güclə bu fikrindən daşındırdım".


Etiketlər:  Sneyderin xanımından futbolçuyla bağlı maraqlı etiraf FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ