Tarix: 26 Iyul 2019 15:04
Klublararası dünya çempionatının tarixi açıqlanıb.
Qol.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Qətərdə keçiriləcək yarış dekabrın 11-də start götürəcək, dekabrın 21-də başa çatacaq.
Turnirə 7 klub qatılacaq. Artıq onlardan beşinin adı məlumdur. Bunlar “Liverpul” (İngiltərə), “Monterrey” (Meksika), “Esperans” (Tunis), “Əl-Sədd” (Qətər) və “Yeqen Sport”dur (Yeni Kaledoniya). Siyahıya Cənubi Amerikada Libertadores kubokunun və Asiya Çempionlar Liqasının qalibi də əlavə olunacaq.
Qeyd edək ki, turnirin açılış oyununda “Əl Sədd”lə “Yeqen Sport” qarşılaşacaq.