Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2021 14:10
"Beşiktaş"ın futbolçusu Raçid Qezzal zədələnib.
Sonxeber.net goal.com-a istinadən xəbər verir ki, Əlcəzayir yığmasının də oyunçusu olan 28 yaşlı yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsində Zambiya ilə matçda (3:3) xəsarət alıb. Qezzal oyuna davam edə bilməyib və əvəzlənib. Onun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, Qezzal bu mövsüm Superliqada 21 matçda 1 qol vurub və 13 qolun ötürməsini verib.