Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bizim Premyer Liqa Azərbaycan çempionatından xeyli güclüdür” – Hacı Hacıyev

“Bizim Premyer Liqa Azərbaycan çempionatından xeyli güclüdür” – Hacı Hacıyev

Tarix: 26 Iyul 2019 15:52

Tanınmış rusiyalı məşqçi Hacı Hacıyev Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Arsenal” (Tula) – “Neftçi” oyununu şərh edib.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, Bakı təmsilçisi bu oyuna diqqətlə hazırlaşıb:

“Biz bilirik ki, “Neftçi”nin məşqçisi italiyalıdır. O, oyunu müdafiədən yaxşı qurmağı bacarır. Mənə məlumdur ki, “Neftçi”nin məşqçilər heyəti “Arsenal”ın oyunlarına baxıb. Onlar matça layiqincə hazır idilər. “Neftçi” oyunu elə qurdu ki, “Arsenal”a güclü tərəflərini göstərməyə imkan vermədi.

Hesab etmirəm ki, “Neftçi” daha güclü döyüşçüdür. Sadəcə, onlar avrokuboklara tez-tez iştirak ediblər. Məsələ burasındadır ki, bizim çempionat Azərbaycan çempionatından xeyli güclüdür. Bu başqa məsələdir ki, Tula təmsilçisi bir neçə hücuma meylli futbolçusunu itirmişdi. Yəqin ki, bu, onların  oyununa təsir etdi. Bütün hallarda hesab edirəm ki, “Neftçi” bu qarşılaşmaya əla səviyyədə hazır idi”.

 


Etiketlər:  Bizim Premyer Liqa Azərbaycan çempionatından xeyli güclüdür Hacı Hacıyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ