Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2021 11:20
Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemləri ilə həyata keçirilən təlimlər davam edir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edir ki, Həştərxan bölgəsindəki Aşuluk Kapustin bazasından S-400 hava müdafiə sistemi raketləri yüksək və alçaq hündürlükdən uçmaqla 700 kilometr uzaqlıqdakı Krasnodar bölgəsində hədəfi vurub.
Qeyd edək ki, Rusiya ötən il də keçirdiyi təlimlərdə də S-400 komplekslərindən istifadə edib.