Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrəvanı çox ağır böhran gözləyir, Qarabağda vəziyyət gərginləşə bilər - Fitch agentliyi

İrəvanı çox ağır böhran gözləyir, Qarabağda vəziyyət gərginləşə bilər - Fitch agentliyi

Tarix: 27 Mart 2021 14:42

"Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Mənim Addımım" alyansı iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində qalib gələcək".

Milli.Az bildirir ki, nüfuzlu beynəlxalq "Fitch" reytinq agentliyinin son hesabatında belə deyilir. Agentlik Ermənistanın durumunu stabil proqnozlaşdıraraq ölkənin kredit reytinqini B+ səviyyəsində saxlayıb.

"Fitch" İkinci Qarabağ Müharibəsindən sonra Ermənistan hökumətinin ölkə iqtisadiyyatını böhrandan çıxarmaqla bağlı səylərini müsbət dəyərləndirib.

Bununla belə, "Fitch" ekspertləri Qarabağ bölgəsində vəziyyətin gərginləşəcəyini istisna etmirlər.

"Ötən ilin noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanat imzalanandan sonra İrəvanda Paşinyanın istefası ilə bağlı tələblər səngimir. Paşinyanın hakimiyyətini qoruya biləcəyini düşünsək də, ölkəni çox ağır böhran gözləyir. Müharibədən sonra Ermənistan hökumətinə etibarın zəifləməsi ölkədə ciddi struktur islahatlarının aparılmasına və korrupsiya ilə mübarizəyə ağır maneələr yarada bilər.

Qarabağ müharibəsindəki məğlubiyyətin nəticələrini Ermənistan yaxın perspektivdə aradan qaldıra bilməyəcək. Erməni qaçqınların çoxluğu, habelə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılmış və fiaskoya uğramış danışıqlar prosesinin bərpasına zərurət duyulması da çətinliklər arasındadır. Qarabağda rusiyalı sülhməramlı qüvvələr olsalar da, vəziyyətin gərginləşəcəyi istisna deyil. Müharibə habelə, təhlükəsizlik və iqtisadi münasibətlər müstəvilərində Ermənistanın Rusiyadan asılılığını daha da artırıb", - "Fitcz"in hesabatında deyilir.

Milli.Az


Etiketlər:  İrəvanı çox ağır böhran gözləyir Qarabağda vəziyyət gərginləşə bilər Fitch agentliyi


RƏYLƏR