Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qvardiola onu ən istedadlı futbolçu sayır

Qvardiola onu ən istedadlı futbolçu sayır

Tarix: 26 Iyul 2019 17:16

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ən istedadlı hesab etdiyi futbolçunun adını açıqlayıb.

Qol.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu oyunçu "Mançester Siti"nin gənc üzvü Fil Fodendir.
Baş məşqçi açıqlamasında gənc oyunçunun son iki mövsümdə klubunda start heyətində yer almasını böyük uğur adlandırıb və bunu onun  istedadı ilə əlaqələndirib.

Qvardiola yarımmüdafiəçi haqqında fikirlərini belə ifadə edib: “Mən həmişə mətbuat konfranslarında onun adını qeyd edib deyirəm ki, Foden mənim məşqçi və oyunçu karyeram ərzində gördüyüm ən  istedadlı oyunçudur. Fodendə ən yaxşı oyunçu olmaq üçün lazım olan bütün xüsusiyyətlər var. Onun yeganə problemi bəzi hallarda start 11-likdə yer ala bilməməsidir”.

Əlavə olaraq Qvardiola futbolçunun gələcək karyerası haqqında verilən sualları da cavablandırıb: “Ümid edirəm ki, gələcəkdə o daha da yaxşı oynayacaq. Foden meydanda olduğu hər dəqiqəni lazımınca qiymətləndirən futbolçudur və onunla rəqabət aparmaq asan iş deyil. Həmçinin, təmkinli və məntiqlidir. Məşqlərdə özünü yüksək səviyyədə göstərməyi bacarır. Mən burada olduğum müddətdə ona hərtərəfli kömək etməyə çalışacam”.

Qeyd edək ki, Fil Foden 2018-ci ildən “Mançester Siti”də çıxış edir. Həmçinin o, ötən ildən 21 yaşlılardan ibarət İngiltərə yığmasına dəvət alır.
 


Etiketlər:  Qvardiola istedadlı futbolçu sayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ