Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2021 18:20
54 yaşlı aktrisa Holli Berri keçmiş əri Qabriel Obriyə ödədiyi alimenti yarıya endirib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, Qabriel bundan sonra ondan 8 min dollar alacaq. Buna səbəb Berrinin alimenti çox və qaydaların köhnəldiyini iddia etməsi olub.
2006-cı ildə evlənən cütlüyün 13 yaşında Nala adlı qızı doğulub. Ayrılan zaman cütlük qızlarının qəyyumluğu uğrunda mübahisə etmişdi. 2014-cü ildə hakim Berrinin qızı üçün Qabrielə hər ay 16 min dollar ödməsi qərarını verib. Buna səbəb Hollinin ildə 1,95 milyon dollar qazanması olub.
Hazırda aktrisa qızının oxuduğu özəl məktəbin xərclərini və sığorta pulunu ödəyəcək. Onlar bütün xərcləri bölüşmək qərarı veriblər.