Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pəhriz zamanı çörəkdən imtina düzgündür?

Pəhriz zamanı çörəkdən imtina düzgündür?

Tarix: 28 Mart 2021 20:30

Pəhriz saxlayarkən və ya sağlam qidalanma zamanı çörək yeməmək doğru vərdiş deyil. Pəhriz saxlamaqla arıqlamaq istəyənlər sağlam, balanslı və nizamlı bəslənmə planı tətbiq etməlidir. Sağlam və nizamlı bəslənmənin ən əhəmiyyətli qaydalarından biri də hər qida qrupundan müəyyən miqdarda istifadə edilməsidir.

Milli.Az xəbər verir ki, bu barədə dietoloq Nərgiz Nəzirova danışıb. Ekspert bildirib ki, arıqlamaq istəyənlər karbohidrat qrupunu: şokolad, tort, şəkər və südlü şirinləri rasionlarından tamamilə çıxardıqları üçün bədənin, xüsusilə də beynin enerji ehtiyacını çörək qrupuyla təmin etməlidirlər:

"Bu şəkildə qanda şəkərin səviyyəsinin balanslı dəyişməsi təmin edilir və şiddətli aclıq duyğusu yaşanmır. Həmçinin sinir sistemi üçün lazımi vitaminlər çörəklə alınmış olur". (publika.az)

Milli.Az


Etiketlər:  Pəhriz zamanı çörəkdən imtina düzgündür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ