Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sürətli arıqlamaq istəyənlərin nəzərinə: günə bu qida ilə başlasanız...

Sürətli arıqlamaq istəyənlərin nəzərinə: günə bu qida ilə başlasanız...

Tarix: 28 Mart 2021 23:57

Sürətli arıqlamaq üçün səhər yeməyindən əvvəl az miqdarda kəpək yemək lazımdır.

Sonxeber.net xəbər verir ki, bunu rusiyalı tibb elmləri doktoru, professor və nutritionist Aleksey Kovalkov deyib.

Onun sözlərinə görə, arıqlamaq istəyən insanlar ilk növbədə qida rasionundan azalmaya gedirlər: "Amma bu, əks təsir göstərir və nəticədə daha çox yeməyə başlayırlar. Yeməkdən əvvəl güclü aclığı yatıracaq bir məhsul var. Səhər günə kəpəklə başlamaq lazımdır. Çünki bu qida mədədə şişir və toxluq hissi verir. Bir ovuc kəpək yeyin və su için. Bu, sizə toxluq hissi verəcək və daha az yemək yeyəcəksiniz".

Mütəxəssisin sözlərinə görə, pəhriz üçün ən yaxşısı tərəvəz və ya balıqdır. O, yatmazdan əvvəl kefir içməyin inanıldığı qədər faydalı olmadığını söyləyib. (publika.az)


Etiketlər:  Sürətli arıqlamaq istəyənlərin nəzərinə günə qida ilə başlasanız


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ