Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şuşada xeyli sayda silah-sursat aşkar edildi

Şuşada xeyli sayda silah-sursat aşkar edildi

Tarix: 29 Mart 2021 11:36

İşğaldan azad edilmiş ərazilərdə partlamamış silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizlik Xidmətinin aidiyyatı qurumları ilə birgə keçirdikləri növbəti belə tədbirlər zamanı Şuşa şəhəri ərazisindən 1 ədəd pulemyot, 5 ədəd avtomat, 1 ədəd qumbaraatan, 31 ədəd müxtəlif növ qumbara, 14 ədəd müxtəlif növ mərmi, 18 ədəd avtomat darağı, 2628 ədəd müxtəlif çaplı patron və digər silah-sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


Etiketlər:  Şuşada xeyli sayda silah sursat aşkar edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ