Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda hərbi qulluqçuların yardım pullarından mənimsəmə faktı aşkarlanıb

Ermənistanda hərbi qulluqçuların yardım pullarından mənimsəmə faktı aşkarlanıb

Tarix: 29 Mart 2021 15:00

Müharibə zamanı yaralanmış erməni hərbi qulluqçulara yardım olaraq göndərilmiş pullardan külli miqdarda məniməsəmə etmək hadisəsi ilə bağlı Ermənistan İstintaq Komitəsinin İrəvan şəhər istintaq idarəsinin Malatia-Sebastia inzibati rayonunun istintaq şöbəsində araşdırılan cinayət işi üzrə həyata keçirilmiş istintaq və başqa prosessual fəaliyyətlər nəticəsində başqa hallar arasında cinayətin törədilmə yolu da məlum olub, nəticədə İrəvan sakini Araksya Hovhannesyana qarşı ittiham irəli sürülüb.

Sonxeber.net Ordu.az-a istinadən xəbər vrerir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən bildiriblər.

Qeyd olunur ki, əldə edilmiş kifayət qədər sübutların birləşdirilməsi ilə Araksya Hovhannesyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 179-cu maddəsinin (mənimsəmək və ya israf etmək) 3-cü hissəsinin 1-ci bəndi ilə ittiham irəli sürülüb.

Ona qarşı qətimkan tədbiri olaraq həbs tətbiq etməklə bağlı məhkəməyə vəsatət təqdim olunub. İlkin istintaq davam edir.


Etiketlər:  Ermənistanda hərbi qulluqçuların yardım pullarından mənimsəmə faktı aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ