Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kreml: Paşinyanın istefası təxirəsalınmaz müzakirə tələb etmir

Kreml: Paşinyanın istefası təxirəsalınmaz müzakirə tələb etmir

Tarix: 29 Mart 2021 15:04

"Ermənistan Baş nazirinin istefası öz şəxsi işidir və təxirəsalınmaz müzakirə tələb etmir".

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O, Rusiya tərəfinin müxtəlif səviyyələrdə Ermənistanın hökumət başçısı ilə intensiv telefon söhbətlərinin olduğunu bildirib: "Birincisi, o istefa versə belə, yeni seçkilərədək vəzifəsinin icrasını davam etdirəcək. Buna görə də, Nikol Paşinyanın vəzifəsini tərk etməsi barədə qərarının təxirəsalınmaz müzakirəyə ehtiyacı yoxdur. O ki qaldı Rusiya Prezidentinin Paşinyanla telefon söhbətlərinə, onlar tez-tez əlaqə saxlayır. Müxtəlif səviyyələrdə mütəmadi müzakirə atmosferi mövcuddur". 


Etiketlər:  Kreml Paşinyanın istefası təxirəsalınmaz müzakirə tələb etmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ