Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azəriqaz'' insanların canına və malına niyə ziyan vurur? - VİDEO

''Azəriqaz'' insanların canına və malına niyə ziyan vurur? - VİDEO

Tarix: 29 Mart 2021 15:26

Yasamal rayonunun Məmmədşərif Həmidov küçəsindəki yollar qaz xətlərinin yenilənməsi səbəbindən 1 aydan çoxdur ki, yararsız vəziyyətə düşüb.

Sonxeber.net xəbər verir ki, bu barədə "ARB Xəbər"in hazırladığı süjetdə qeyd edilib. Məlumata görə, yolların bu vəziyyətdə olması avtomobillərin tez-tez xarab olmasına, bəzən piydaların yıxılmasına və tıxacın yaranmasına səbəb olur. 

Məsələ ilə bağlı açıqlama verən Azəriqaz İB-nin mətbuat katibi Ceyhun Səfər bildirib ki, bayram günlərində təmir-tikinti işləri aparılmadığı üçün ərazidə iş hələlik tamamlanmayıb:

"İşlər tam yekunlaşdıqdan sonra Avtomobil Yolları Dövlət Agentliyi (AYDA) ilə bağlanmış müqaviləsinə əsasən yol əvvəlki kimi asfaltlanacaq".


Etiketlər:  Azəriqaz insanların canına malına niyə ziyan vurur VİDEO


RƏYLƏR