Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hamilələrə verilən bu dərman körpədə xərçəng yaradır

Hamilələrə verilən bu dərman körpədə xərçəng yaradır

Tarix: 29 Mart 2021 21:21

Ginekologiyada 1 əsrdən çoxdur düşüklər əleyhinə istifadə edilən məşhur preparatın gələcəkdə uşaqda xərçəng yaranmasına səbəb olduğu aşkarlanıb.

Sonxeber.net xəbər verir ki, Texas universitetinin alimləri yeni elmi araşdırmalarının nəticəsində bu qənaətə gəliblər.

Söhbət Rusiya və MDB dövlətlərində oksiprogesteron kapronat adlı progestoren hormonunun sintetik analoqundan gedir.

Bu inyeksiya hamilələrdə düşük təhlükəsi olduqda və düşüyü saxlamaq və sonsuzluğun müalicəsi zamanı təyin edilir.

2020-ci ilin oktyabrından FDA bu preparatdan imtinaya çağırıb, çünki onun effektivliyi şübhə altındadır və dölə gələcək zərərli təsiri mümkündür. /medicina.az


Etiketlər:  Hamilələrə verilən dərman körpədə xərçəng yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ