Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trixamoniaz

Trixamoniaz

Tarix: 30 Mart 2021 09:00

Sidik - cinsiyyət sisteminin ən geniş yayılmış, cinsi yolla keçən infeksiyalarından biri olub, spesifik-iltihabi xəstəliyidir. Qadınların 60-70%-i bu xəstəlikdən əziyyət çəkirlər.
Trixamoniazın törədicisi uşaqlıq yolunun trixomonadasıdır. Mikroblar orqanizmə hüceyrəarası sahə ilə daxil olaraq birləşdirici toxumaya keçir, həmçinin limfogen yolla yayıla bilirlər. Trixomonadlar uretraya keçərkən selikli qişanın epitel hüceyrələrində fiksə olunur, nəticədə sidik kanalının vəzilərində toplanır.
Klinikası:
Trixamonadlar ən çox uşaqlıq yollarını zədələyir, az hallarda sidik kanalı, sidik kisəsi, uşaqlıq yolunun dəhlizi, uşaqlıq borularını, endometriumu zədələyirIər. Xəstəliyin əsas əlaməti cinsiyyət yolundan çox miqdarda duru, boz -sarı rəngli mayenin ifraz olunmasıdır. Bu zaman xəstənin xarici cinsiyyət üzvlərində göynəmə və qaşınma hissi olur. Aşağıdakı səbəblər trixomoniozun gedişini kəskinləşdirir:
-alkoqol qəbulu
-yumurtalıq funksiyasının pozulması
-uşaqlıq yolunun pH-ın dəyişməsi
Diaqnozu:
Trixamoniasın diaqnostikası xəstəliyin kliniki təzahürlərinə və bakterioskopik müayinə zamanı əldə olunan nəticəyə əsaslanaraq qoyulur. Xəstəliyə qarşı immunitet yaranmır və xəstəlik vaxtaşırı təkrarlana bilir. Xəstəliyin mənbəyi çox vaxt müalicə olunmamış kişilər sayılır.
Müalicəsi:
Trixomoniazlı xəstələrin müalicəsi cinsi partniorlarının müalicəsi ilə eyni vaxtda aparılır. Müalicə zamanı xəstəyə göbələkəleyhinə dərmanlar təyin edilir.


Etiketlər:  Trixamoniaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ