Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2019 22:20
"Bavariya" "Mançester Siti"nin futbolçusu Leroy Sane üçün rəsmi danışıqlara başlayıb.
Qol.az-ın "Bild"ə istinadən yaydığı xəbərə görə, Münhen klubunun idman direktoru Hasan Salimoviç İngiltərə təmsilçisinin nümayəndələri ilə transferi müzakirə etmək üçün görüşüb. "Bavariya"nın alman yarımmüdafiəçiyə həftəsinə 200 min funt sterlinq ödəməyə hazır olduğu iddia olunub.
Almaniya klubunun "Mançester Siti"yə isə 90 milyon funt sterlinq təzminat ödəyəcəyi gözlənilir.