Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Süveyş kanalının bağlı qalmasının Bakıya təsiri - Açıqlama - VİDEO

Süveyş kanalının bağlı qalmasının Bakıya təsiri - Açıqlama - VİDEO

Tarix: 30 Mart 2021 15:08

Süveyş kanalında hərəkət tam bərpa olunduqdan sonra neftin qiymətində azalma tendensiyası davam edə bilər.

Sonxeber.net xəbər verir ki, bunu "ARB Xəbər"ə açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, bazarda neftin qiyməti ilə bağlı dinamika müvəqqəti prosesdir:

"Süveyş kanalında baş verən hadisə həm psixoloji, həm də iqtisadi baxımından bazara təsir etdi. Qəza baş verən günü dünya bazarında neftin qiyməti 5 faizədək artdı, hərəkət qismən bərpa olunmasından sonra isə qiymətin 2 faizədək enməsi müşahidə edildi. Kanalda hərəkət tam bərpa olunduqdan sonra neftin qiymətindəki azalma tendensiyası davam edə bilər. Hesab edirəm ki,mövcud pandemiya şəraiti və beynəxalq yükdaşımaların bərpa edilməsi neft bazarında qiymət artımı üçün xüsusi zəmin yaratmır". 

Məsələ ilə bağlı açıqlama verən SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov isə bildirib ki, Süveyş kanalının bağlı qalması hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməliyyatlarına demək olar ki, təsir göstərməyib.

Daha ətraflı süjetdə:


Etiketlər:  Süveyş kanalının bağlı qalmasının Bakıya təsiri Açıqlama VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ