Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ata-anasını, bacısını itirən Xədicə indi nə edir?

Ata-anasını, bacısını itirən Xədicə indi nə edir?

Tarix: 30 Mart 2021 23:40

Ötən ilin payızında baş vermiş İkinci Qarabağ Müharibəsində Gəncəyə atılan sonuncu raket zərbəsində ata-anasını, balaca bacısını itirən, üç gün gözünü açmayan Xədicənin indi başqa dünyası var.

Sonxeber.net xəbər verir ki, BBC balaca Xədicə ilə bağlı reportaj hazırlayıb.

2020-ci ilin sentyabrında Ermənistanla Azərbaycan arasında başlamış və 44 gün davam etmiş müharibə zamanı Azərbaycanın ikinci böyük şəhəri bir neçə dəfə erməni hərbçilərinin raket zərbələrinə tuş gəlmişdi.

Balaca Xədicənin valideynləri Züleyxa və Royal Şahnəzərovlar və bacısı Mədinə oktyabrın 17-də gecə vaxtı edilən hücum zamanı dağıntılar altında qalaraq həlak olmuşdu.

Nənəsi Sevinc Ağayeva deyir ki, psixoloqlar onlara Xədicəyə ata-anasının həlak olması ilə bağlı tədricən danışmağı məsləhət görüblər, həqiqəti o, bir az böyüyəndən sonra söyləcəklər.

Ona görə valideynlərinin də şəkillərini hələlik göstərmirlər.


Etiketlər:  anasını bacısını itirən Xədicə indi edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ