Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərt karantinsiz də əvvəlki normal vəziyyətə qayıtmaq olar - Azərbaycanlı həkim

Sərt karantinsiz də əvvəlki normal vəziyyətə qayıtmaq olar -  Azərbaycanlı həkim

Tarix: 31 Mart 2021 10:06

"Ölkədə COVİD-ə yoluxanların sayı artır. Amma məncə sərt karantin rejimi tətbiq edilməməlidir".

Bunu Sonxeber.net-a açıqlamasında infeksionist İlahə Vəliyeva deyib.

İnfeksionist bildirib ki, yenidən sərt karantin rejiminə ehtiyac yoxdur:

"Müəyyən qaydalara əməl olunsa heç sərt karantin rejiminə ehtiyac olmaz. Sərt karantin olan müddətdə yoluxma sayı bir müddətlik azalır, sərt karantin bitən kimi yoluxanların sayı yenidən artır. Yəni sərt karantin rejiminin müsbət nəticəsi yoxdur. Sərtləşdiriləndə hər yer bağlanır, demək olar ki, həyat tamamilə dayanır. Bu da insanların əsəb, stressdən nervoz olmasına gətirib çıxarır. Bunu mən öz praktikamda görürəm. Belə desək, stress reaksiyaları özü də immunitetin düşməsinə gətirib çıxarır. Sərt karantindən bir müddət sonra onsuz da həmin hal yenidən təkrarlanır. Ona görə də sərt karantin rejiminə ehtiyac yoxdur. Sadəcə olaraq qaydalara davamlı, məsuliyyətli şəkildə əməl etməklə COVİD-ə yoluxanların sayını tədricən azaltmaq mümkündür. Qaydalara əməl edən insanların sayı azaldığı üçün yoluxanların sayı artıb. İctimia yerlərdə, xüsusilə marketlərdə əvvəlki qədər maskalardan istifadəyə ciddi əməl olunmur. Maska, məsafə və gigiyenik qaydalarına düzgün əməl olunsa, vəziyyət nisbətən yaxşılaşar.

COVİD-in yeni növü həkimləri çaşbaş salıb

Yoluxma sayının yenidən artmasının səbəblərindən biri də yeni Britaniya ştammıdır. Yeni virusun yayılması da insanları təşvişə salıb. Amma nəzər yetirsək yeni ştamm əvvəlkilərdən fərqli virus deyil. Bu da ağciyərləri zədələyən bir virusdur. Sadəcə olaraq, qaydalara əvvəlki tək əməl olunmaqla biz bu vəziyyəti stabilləşdirə bilərik. Britaniya ştammı hazırda insanlar arasında epidemiya şəklində rast gəlinmir ki, biz deyək yoluxmanın artmasının əsas səbəbi Britaniya ştammı ilə bağlıdır. Sadəcə koronavirusun mutasiyaya uğraması yeni əlamətlərin ortaya çıxmasına səbəb olur ki, bu da həkimlərin özlərini belə çaşbaş salır. Bu da yoluxanların sayının artmasına gətirib çıxarır. Amma qaydalara əməl olunmaqla sərt karantinə girmədən əvvəlki normal vəziyyətə qayıtmaq olar".

Təhməz Əsədov


Etiketlər:  Sərt karantinsiz əvvəlki normal vəziyyətə qayıtmaq olar Azərbaycanlı həkim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ