Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2021 16:44
Vətən müharibəsində şəhid olan "pələng" ləqəbli şəhid Qəzənfər Mütəllimovun ikinci övladı dünyaya gəlib.
Sonxeber.net xəbər verir ki, bu barədə unikal.org-a şəhidin anası Minaxanım Mütəllimova məlumat verib. O, bildirib ki, gəlininin istəyi ilə nəvəsinə Nişanə adı verilib. Bu adın şəhidimizdən nişanə olmasını istədik.
Qeyd edək ki, Sumqayıtdan olan şəhid Qəzənfər Mütəllimov Xüsusi Təyinatlı Qüvvələrin təminat bölməsində xidmət edib. O, aprel döyüşlərində də Talış kəndi istiqamətində iştirak edib. Q.Mütəllimov Vətən Müharibəsində döyüşçüləri silah-sursat və ərzaqla təmin etməklə yanaşı, ağır döyüşlərdə də iştirak edib. 300-dən çox yaralını və xeyli şəhidi döyüş meydanından çıxaran Qəzənfərə "Pələng" ləqəbi qoyublar.O, oktyabrın 5-də Cəbrayılda şəhid olub.
Q.Mütəllimov ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.